Gürcüstanda COVİD-19-dan ölənlərin sayı açıqlandı 

12:58 27.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 585 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.


Hafta.az-ın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 363 522, ölənlərin sayı isə 5 266 nəfərə çatıb.

 

Virusa yoluxanlardan 349 658 nəfərin sağaldığı bildirilir.